Flik “Bavariya”dan ayrılmaq istəyir – rəsmi

“Bavariya”nın baş məşqçisi Hans-Diter Flik mövsümün sonunda komandanı tərk etmək istəyir.
“Assist.az”ın məlumatına görə, bu barədə alman mütəxəssis Bundesliqanın 29-cu turunun “Volfsburq”la görüşündən (3:2) sonra “Sky Deutschland” nəşrinə açıqlamasında deyib. Flik, klub rəhbərliyinə mövsümün sonunda müqaviləsinin ləğv olunmasını istədiyini bildirib.
Almaniya mətbuatının xəbərinə görə, Flikin klubun idman direktoru Hasan Salihamiciçlə arasında problem var və O, bu səbəbdən komandadan ayrılmaq istəyir.
Flikin rəhbərlik etdiyi “Bavariya” hazırda Bundesliqada 68 xalla liderdir.