FIFA Kriştiano Ronaldoya cəza verə bilər

FIFA, DÇ-2022-nin seçmə mərhələsində keçirilən Serbiya-Portuqaliya matçının 90+3-cü dəqiqəsində Ronaldonun kapitanlıq sarğıısını yerə ataraq meydanı tərk etməsinə görə, Kriştiano Ronaldonu cəzalandıra bilər.
Assist.az "Corriere Dello Sport"a istinadən xəbər verir ki, FIFA bu hərəkətin şiddətə meyilli olduğuna qərar verərsə, o zaman Kriştiano Ronaldonu cəzalandıra bilər.
Xatırladaq ki,Portuqaliyanın Serbiya ilə oynadığı həmin matçda, Kriştiano Ronaldonun vurdu]u topu Serbiya mwdafiəçiləri qapı xəttindən çıxartmışdı. Kriştiano Romaldo da vurduğu zərbənin qol olduğunu bildirərək hakimlərə etiraz etmişdi.