Fenerbahçe 7 futbolçusuyla yollarını ayırır

Fenerbahçe 7 futbolçusuyla yollarını ayırır

Bu mövsüm istədiyi nəticələri qazana bilməyən Fenerbahçe heyətində islahatlara başlayır.

Assist.az xəbər verir ki, artıq komandanı tərk edəcək 7 futbolçunun kimliyi müəyyənləşib. Belə ki, mövsüm başa çatan kimi Marsel Tisseran, Mbvana Samatta, Dieqo Perotti, Papiss Sisse, Maurisio Lemos, Filip Novak və Sadık Çiftpınar yola salınacaq.

Rəhbərlik Samatta, Tisseran, Lemos ve Novakı sataraq gəlir əldə etmək fikrindədi.

Qeyd edək ki, Fenerbahçe Türkiyə Super Liqasında sona bir tur qalmış 79 xalla 3-cü pillədə qərarlaşıb. Emre Belözoğlunun baş məşqçilik etdiyi komanda Beşiktaş və Galatasaray-dan iki xal geridədi.