Evdə qal, gümrah ol!

Evdə qal, gümrah ol!
Evdə qal, gümrah ol!
Evdə qal, gümrah ol!

Assist.az xəbər verir ki, daha bəhanələr gətirib, yaxa qurtara bilməzsən. "Gələn həftədən/Gələn aydan başlayacam", - deməyin işə yaramayacaq. Elə indidən idman eləməyə başla! Təhsildən ayrılmadan sağlam həyat sür!

İdman hərəkətləri

Yaya ev şəraitində hazırlaş! Puluna, vaxtına və resurslarına qənaət et. Öz çəkindən istifadə etməklə həftədə 3-4 dəfə məşq et!

Hər bir hərəkəti öz əhvalına uyğun icra et.

  1. Oturub-durma. Ayaqların çiyin genişliyindədir, pəncələr yanlara yönəlib. Kürəyini düz saxlamaqla budlarının döşəməyə paralel vəziyyətə düşməsinədək (və ya bir az daha artıq) çömbəl. Əllərini önündə saxla.

  2. Əyilmə. Döşəmə üzərinə bir dizin üzərində en. Digər dizin pəncəndən irəli çıxmamalıdır. Əllərini önündə və ya belində saxla.

  3. Bir ayaq üzərində körpü. Kürəyinin üstündə uzanıb, ayaqlarının altını yerə dirə. Bir ayağını qaldır və düzləndir. Çanaq əzələlərini işə salaraq çanağını döşəmədən ayırıb bir qədər qaldır. Çanağın, belin və qaldırılmış ayağın bir düz xətt üzrə düzülməlidir. Ayağını endir və eyni hərəkəti digər ayağınla et.

  4. Planka. Üz üstə uzan. Döşəməyə yalnız ayaq barmaqlarının ucu və dirsəklərin dəyməlidir. Bədənin havada qalmalıdır. Ayaqlarını düzləndir, çanaq və qarın əzələlərini sıx. Bədənin düz xəttə bənzəməlidir. Başını qaldırma, baxışını döşəməyə yönəlt. Planka vəziyyətində 60 saniyə müddətində qal (imkanın varsa, bir az daha çox).

 

Faydalı ərzaq məhsulları

Düzgün qidalanma olmadıqda heç nə əldə etmək olmaz. Təzə meyvələrə və sarımsaqlı və soğanlı yaşıl salatlara üstünlük ver. İmmun sisteminin gücləndirilməsi və dərinin sağlam qalması üçün köməyinə aşağıdakılar gələ bilər:

  1. Omega-3: sardina, qızılbalıq, siyənək, tun balığı, çia toxumu, qoz və kətan yağı.

  2. Selen: buğda, düyü, yumurta sarısı, günəbaxan toxumu, toyuq, çörək, pendir, kələm.

  3. Sink: mal əti, toyuq, hinduşka, balıq, qaraciyər, balqabaq toxumu, fındıq (fıstıq, badam).

  4. C vitamini: portağal, mandarin, ananas, limon, manqo, kivi, brokoli, pomidor, kələm, kartof.

  5. E  vitamini: günəbaxan tumu, fındıq, fıstıq, badam, püstə, zeytun yağı, qoz.

  6. A vitamini: yerkökü, ispanaq, çuğundur, qırmız bolqar bibəri, brokkoli, yumurta.

  7. Probiotiklər: yoğurt, qatıq və ya mayalanmış bişmiş süd (ryajenka) həzm prosesini və qidanın insan orqanizmi tərəfindən mənimsənilməsini yaxşılaşdırır.

Gümrahlığını artıracaq və bədəninin müdafiə qabiliyyətinin stimullaşdırılmasına kömək edəcək limon-zəncəfil çayını da unutma.

 

Onlayn təhsil

Özünü inkişaf etdirmək çox əhəmiyyətlidir. Bir çox onlayn platformada mühazirələr və kurslar pulsuz keçirilir. Onlardan ən populyarları aşağıdakılardır:

  1. Coursera. Bu platforma yenilikləri evdə öyrənmək istəyən və onlayn dərsləri qaçırmayan tələbələr üçün bir köməkçidir. Saytda dünyanın müxtəlif universitetlərindən 400 ixtisas üzrə 3800-dən çox material var.

  2. BBC Learning English. Əsl peşəkarlar və bu dilin daşıyıcıları BBC ilə birlikdə sənə keyfiyyətli ingilis dili dərsləri verir. İngilis dili biliklərini balaca videoçarxlar vasitəsilə artır. Çoxlu praktiki məşğələlər darıxmağına imkan verməyəcək.

  3. Microsoft Akademiyası. Bu platforma proqramlaşdırma və informasiya texnologiyaları üzrə biliklərini artırmaq istəyənlər üçün ən mükəmməl seçimdir. Bu resurs həm təcrübəli informasiya texnologiyaları mütəxəssisləri, həm də bu texnologiyalarla yenicə tanış olanlar üçün nəzərdə tutulmuşdur. Həmçinin burada çoxlu praktik məşğələlər də var.

Fiziki və zehni sağlamlığını qoru, lakin istirahət etməyi unutma.