İngiltərə Premyer Liqasında ilin 11-liyi bəlli oldu

İngiltərə Premyer Liqasında çempionluğa əsas namizədlərdən "Mançester Siti" və "Liverpul"da oynayan oyunçular ilin 11-liyində əsas yer tutub.
Assist.az xəbər verir ki, siyahıda lider "Mançester Siti"dən 6, ən yaxın izləyicisi "Liverpul"dan 4, "Mançester Yunayted"dən isə 1 oyunçuya yer verilib.
Keçən mövsüm İngiltərədə ilin futbolçusu seçilən "Liverpul"un misirli ulduzu Məhəmməd Salah isə bu mövsüm ilin futbolçusuna namizəd göstərilməməsinin sonra ən yaxşı 11-liyə də düşə bilməyib.
İlin ən yaxşı 11-liyi belədir:
Qapıçı: Ederson Morayeş (Mançester Siti)
Müdafiəçilər: Trend Aleksandr-Arnold (Liverpul), Virgil van Dayk (Liverpul), Aymerik Laport (Mançester Siti), Andru Robertson (Liverpul)
Yarımmüdafiəçilər: Pol Poqba (Mançester Yunayted), Fernandinyo (Mançester Siti), Bernardu Silva (ManÇester Siti)
Hücumçular: Rəhim Sterlinq (Mançester Siti), Serxio Aqüera (Mançester Siti), Sadyo Mane (Liverpul)