Emil Balayev "Zirə"yə keçidindən danışdı

Emil Balayev "Zirə"yə keçidindən danışdı

"Zirə"nin yeni transferi Emil Balayev Bakı klubuna keçidini şərh edib. Assist.az xəbər verir ki, klubun saytına danışan millimizin üzvü bunları deyib:

 

"Burada olduğuma görə şadam. "Zirə" hədəfləri olan maraqlı komandadır. Burada millidə də bərabər oynadığım, əvvəldən də yaxşı tanıdığım futbolçular var. Son vaxtlar nəticələr yaxşı olmasa da, komandanın uğur qazanacağına inanıram. Bunun üçün mən də bacardığımın ən yaxşısını etməyə çalışacam".