"El-Klasiko"da sevinən tərəf "Real Madrid" oldu

İspaniya La Liqasında 26-cı turun görüşləri davam edir. Assist.az xəbər verir ki, turun mərkəzi oyununda "Real" "Barselona"nı qəbul edib. "El Klasiko" Madrid təmsilçisinin 2:0 hesablı qələbəsilə yekunlaşıb

 

Bu qələbə ilə xallarını 56-a yüksəldən "Real" turnir cədvəlində liderliyi ələ keçirib. "Barselona" 55 xalla 2-cidir.

 

"Real" - "Barselona" - 2:0

Qollar: Vinisius Junior, 71, Mariano Dias, 90+1