Eden Hazard "Çelsi"yə qayıdır?

Eden Hazard "Çelsi"yə qayıdır?

"Real Madrid"in belçikalı futbolçusu Eden Hazard klubdan ayrılmaq istəyir.

Assist.az "El Chiringuito"ya istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi sabiq klubu "Çelsi"yə qayıtmaq istəyir. Hazard düşünür ki, "Real Madrid" "PSJ"nin hücumçusu Killian Mbappeni tranfer edəcək və bu halda onun əsas heyətdə yer alma şansı azalacaq.

Qeyd edək ki, Hazard başa çatan La Liqada 14 matçda 3 qol vurub və 2 məhsuldar ötürmə verib.