Dünya çempionatının ən yaxşıları açıqlandı

Bayern Münich-in hücumçusu Robert Levandovski klublararası dünya çempionatının ən yaxşı oyunçusu seçilib.
Assist.az xəbər verir ki, ikinci yeri Meksikanın Tigres komandasının hücumçusu Andre-Pyer Jinyak tutub. Bayern-in müdafiəçisi Yozua Kimmix 3-cü olub.
Levandovski bu turnirdə 2 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.
Qeyd edək ki, Qətərdə keçirilən klublararası dünya çempionatının finalında ötən gün Bayern Meksikanın Tigres klubuna 1:0 hesabı ilə qalib gələrək turnirin qalibi olub.