De Byazinin daha bir köməkçisi müəyyənləşdi

De Byazinin daha bir köməkçisi müəyyənləşdi

Azərbaycan millisinin baş məşqçisi Canni de Byazinin daha bir köməkçisinin adı məlum olub.

YoungPress.az Goal.az-a istinadən  xəbər verir ki, Kladio Belucci və Benio Karbonidən sonra Federiko Turisiani də 64 yaşlı mütəxəssisin köməkçisi olacaq.

O, matçların analiz edilməsi ilə məşğul olacaq.

Qeyd edək ki, AFFA 2 gün əvvəl Canni De Byazi ilə müqavilə bağlayıb.