Daha bir ağırlıqqaldıranımız medal qazandı

Daha bir ağırlıqqaldıranımız medal qazandı

Azərbaycanın daha bir ağırlıqqaldıranı Rusiyanın paytaxtı Moskvada keçirilən Avropa çempionatında qızıl medala sahib çıxıb.

"Assit.az" xəbər verir ki, 102 kq çəki dərəcəsində yarışan Dadaş Dadaşbəyli birdən qaldırmada 177 kq-ı başı üzərinə qaldırıb və bütün rəqiblərini üstələyərək birinci yerə layiq görülüb.

Təkanla qaldırmada 202 kq ağırlığın öhdəsindən gələn idmançı bu hərəkətdə 7-ci pillədə qərarlaşıb.

Ümumilikdə 279 kq (177+202) nəticə göstərən Dadaşbəyli yekun sıralamada bürünc medalla kifayətlənib. 

Seçmənin digər üzvü Əliş Nəzərov toplam 315 kq (141+174) nəticə ilə 13-cü yerə sahib olub. Daha əvvəl 59 kq-da mübarizə aparan Boyanka Kostova  Avropa çempionatını iki qızıl və bir bürünc medalla başa vurub.  Avropa çempionatına aprelin 11-də yekun vurulacaq.