ÇL: "Çelsi" "Ayaks"ı minimal hesabla məğlub etdi

ÇL: "Çelsi" "Ayaks"ı minimal hesabla məğlub etdi

UEFA Çempionlar Liqasında qrup mərhələsində 3-cü turun oyunları davam edir. Assist.az xəbər verir ki, günün 8 qarşılaşmasından 2-i başa çatıb.

Ötən mövsüm bu turnirdə uğurlu çıxış edən "Ayaks" Hollandiyada Avropa Liqasının son qalibi olan "Çelsi"ni qəbul edib.  Qarşılaşma London təmsilçisinin minimal hesablı qələbəsilə yekunlaşıb - 1:0. Yeganə qolu 86-cı dəqiqədə Mişi Batşuayi vurub. 

Digər görüşdə isə "Leyptsiq" Almaniyada "Zenit"i qəbul edib. Gərgin keçən görüşdə meydan sahibləri 2:1 hesablı qələbəyə seviniblər. Yaroslav Rakitskinin 25-ci dəqiqədə vurduğu qola ilk "Leyptsiq" 49-cu dəqiqədə Konrad Laymer və 59-cu dəqiqədə Marsel Sabitserin qolları ilə cavab verib. Tura saat 23:00-da başlanacaq digər 6 qarşılaşma ilə yekun vurulacaq.