Cenk Tosun üçün seçmə mərhələ bitdi - ZƏDƏ

Cenk Tosun üçün seçmə mərhələ bitdi - ZƏDƏ

AÇ-2020-nin seçmə mərhələsinin son oyunlarında İslandiya və Andorra ilə qarşılaşacaq Türkiyə millisi ciddi itki ilə üzləşib. Assist.az xəbər verir ki, "Everton"un forvardı Cenk Tosun yığmanın məşqində zədələnib.

28 yaşlı hücumçu bu səbəbdən son oyunlarda komandasına kömək edə bilməyəcək.

Türkyə yığması noyabrın 14-də İstanbulda İslandiyanı qəbul edəcək. Şenol Güneşin rəhbərlik etdiyi kollektiv üç gün sonra isə Andorrada yerli komanda ilə qarşılaşacaq.