Çempionlar Liqasının yeni formatı nə vaxt təsdiqlənəcək?

Çempionlar Liqasının yeni formatı nə vaxt təsdiqlənəcək?

UEFA Çempionlar Liqasının yeni formatının təsdiqlənəcəyi tarix müəyyənləşib.

Assist.az "Report"a istinadən xəbər verir ki, UEFA İcraiyyə Komitəsi martın 31-də turnirdə bəzi islahatlar edildiyini açıqlayacaq.

 

Yeni format 2024-cü ildən tətbiq ediləcək.

Qeyd edək ki, Çempionlar Liqasındakı yeni formata əsasən, komanda sayı 32-dən 36-dək artırılacaq. Komandaların qruplara bölünməsinin ləğvi təklif edilir. Əvəzində turnir İsveçrə sistemi ilə oynanılacaq. Beləliklə, hər klub fərqli rəqiblərə qarşı ən azı 10 matç (5 evdə, 5 səfərdə) keçirəcək. Bundan sonra isə turnir cədvəli formalaşacaq. İlk 8 klub birbaşa 1/8 finala yüksələcək. Digər komandalar isə növbəti mərhələyə yüksəlmək üçün yenidən mübarizə aparacaqlar.