Çempionlar Liqasının qalibi müəyyənləşdi

Çempionlar Liqasının qalibi müəyyənləşdi

Qadın futbolçular arasında Çempionlar Liqasında final oyunu keçirilib.

Assist.az xəbər verir ki, İspaniyanın San-Sebastian şəhərindəki Anoeta stadionunda Almaniyanın Wolfsburg və Fransanın Lyon komandaları üz-üzə gəlib. Görüş Lyon-un qələbəsi ilə yekunlaşıb - 3:1.

"Şirlər"in qollarını Ejeni Le Sommer 25-ci, Saki Kumaqai 44-cü, Sara Byork Qunnarsdottir 88-ci dəqiqədə vurub. "Canavarlar"ın heyətində isə yeganə qola Aleksandra Popp imza atıb.

Beləliklə, Lyon tarixində 8-ci, ardıcıl olaraq isə 5-ci dəfə Çempionlar Liqasının qalibi olub.