Çempionlar Liqasının formatı dəyişir

Çempionlar Liqasının formatı dəyişir

UEFA quruma üzv olan 55 milli assosiasiya ilə Çempionlar Liqasının yeni formatı ilə bağlı müzakirə aparıb.

Assist.az xəbər verir ki, fevralın 9-da qurumun prezidenti Aleksandr Çeferinin sədrliyi ilə müzakirələr aparılıb.

İclasda bütün qurumlar irəli sürülən təklifə müsbət yanaşıblar. Yeni formatın aprel ayında təsdiq edilməsi gözlənilir. UEFA yeni formatı 2024-cü ildən tətbiq etməyi düşünür.

Yeni formata əsasən, ÇL-də komanda sayı 32-dən 36-yadək arta bilər. Komandaların qruplara bölünməsinin ləğvi təklif edilir, əvəzində turnir İsveçrə sistemi ilə oynanılacaq. Beləliklə, hər klub fərqli rəqiblərə qarşı ən azı 10 matç (5 evdə, 5 səfərdə) keçirəcək. Bundan sonra isə turnir cədvəli formalaşacaq. İlk 8 klub birbaşa 1/8 finala yüksələcək. Digər komandalar isə növbəti mərhələyə yüksəlmək üçün yenidən mübarizə aparacaqlar.