Çempionlar Liqasında mövsümün rəmzi heyəti bilindi

Çempionlar Liqasında mövsümün rəmzi heyəti bilindi

UEFA Çempionlar Liqasında 2019/2020 mövsümünün rəmzi komandasını açıqlayıb.

Assist.az xəbər verir ki, ən yaxşı "11-lik"də aşağıda adları qeyd olunan futbolçular yer alıb:

Qapıçı: Manuel Noyer (Bayern Münich)

Müdafiəçilər: Xuan Bernat, Presnel Kimpembe, Markinyos (hamısı PSG), Yozua Kimmix (Bayern Münich)

Yarımmüdafiəçilər: Rəhim Sterlinq (Manchester City), Marsel Zabitser (Leipzig), Anxel Di Mariya (PSG), Serj Qnabri (Bayern Münich)

Hücumçular: Robert Levandovski (Bayern Münich), Erlinq Holand ( Salzburg/Borussia Dortmund)

Qeyd edək ki, ÇL-in 2019/2020 mövsümünün qalibi Bayern olub. Münhen klubu finalda PSG-yə 1:0 hesabı ilə qalib gəlib.