"Çelsi"dən ardıcıl 6-cı qələbə

İngiltərə Premyer Liqasında 12-ci turun oyunları davam edir. Assist.az xəbər verir ki, "Kristal Pelas"ı qəbul edən "Çelsi" 2:0 hesablı qələbə qazanıb.

 Bu, həm də London klubunun cari çrmpionatda ardıcıl 6-cı zəfəri olub.

"Çelsi"  turnir cədvəlində 26 xalla 3-cü yerdə qərarlaşıb. 15 xalı olan "Krıstal Pelas" 10-cu yerdədir. Çempionata 31 xalla "Liverpul" başçılıq edir.

 

"Çelsi" - "Kristal Pelas" - 2:0

Qollar: Temmi Abraham, 52, Kristian Pulişiç, 79