“Çelsi” yoluna davam edir

“Çelsi” yoluna  davam edir

İngiltərə Kubokunun yarımfinal matçında “Çelsi”  "Mançester Siti” ilə qarşılaşıb. Gərgin və maraqlı mübarizə vəd edən matçın taleyini bir dəqiq zərbə həll edib.

“Assist.az”ın məlumatına görə, paytaxtdakı “Uembli” stadionunda keçirilən görüşdə yeganə qolu London klubunun yarımmüdafiəçisi Hakim Zieş vurub. Minimal hesablı qələbə qazanan “zadəganlar” finala vəsiqə qazanıblar.

Həlledici matçda Tomas Tuxelin rəhbərlik etdiyi komanda "Lester" - "Sauthempton" görüşünü qalibi ilə üz-üzə gələcək.