"Bu oyunla Çempionlar Liqasının qalibi ola bilmərik"

"Bu oyunla Çempionlar Liqasının qalibi ola bilmərik"

Barcelona-nın hücumçusu Lionel Messi komandasının koronavirusla bağlı fasilədən öncəki çıxışını qiymətləndirib.

Assist.az Goal.az-a istinadən xəbər verir ki, o bildirib ki, fasilədən əvvəlki kimi oynamağa davam etsələr, Çempionlar Liqasını qazanmaq şansları olmayacaq:

"Heç vaxt Çempionlar Liqasında və İspaniya çempionatının qalibi olacağımıza şübhə etməmişəm. Ancaq bu oyunla Çempionlar Liqasının qalibi ola bilmərik.

Bəlkə də koronavirusla əlaqəli bu fasilə bizə fayda verəcək. Ancaq əvvəlcə turnirin bərpasını gözləmək lazımdır. Sonra öz səviyyəmizi görə biləcəyik".

Barcelona ÇL-in 1/8 finalında Napoli ilə keçirdikləri ilk matçda (1:1) bərabərə qalıb. (sportinfo)