Bu gün ölkə kubokunun qalibi müəyyənləşəcək

Bu gün ölkə kubokunun qalibi müəyyənləşəcək

Bu gün futbol üzrə ölkə kubokunun qalibi müəyyənləşəcək. Assist.az xəbər verir ki, Naxçıvanda keçiriləcək həlledici qarşılaşmada “Qəbələ” və “Sumqayıt” üz-üzə gələcək.
 
"Sumqayıt" tarixində ilk dəfə finalda oynayacaq. "Qəbələ" isə indiyədək 3 dəfə final həyəcanı yaşasa da, hamısında uduzub.
 
Xatırladaq ki, kubokun qalibi Avropa Liqasına vəsiqəni təmin edəcək.

 

19 may (bazar)

Azərbaycan kuboku, final

 

17:00 “Qəbələ” - “Sumqayıt” 

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Səbuhi Bayramov

Hakim-inspektor: Vüsal Əliyev

AFFA nümayəndəsi: Eldəniz Musayev

Naxçıvan Muxtar Respublikası Stadionu