"Bu, gördüyüm ən axmaq hərəkətdi"

"Bu, gördüyüm ən axmaq hərəkətdi"

Təşkilatçı Novak Cokoviçlə yanaşı, "Adria Tour"da iştirak edən Borna Çoriç, Qriqor Dimitrov və Viktor Troitski kimi tennisçilər koronavirusa yoluxublar.

Assist.az xəbər verir ki, Nik Kiryos "Twitter" hesabında, Cokoviçin bir neçə gün öncə turnirin iştirakçıları üçün təşkil etdiyi partidən görüntüləri paylaşaraq qeyd edib:

"Dualarım koronavirusa yoluxan bütün tennisçilərin yanındadı. Amma bundan sonra mənim etdiyim hərəkətləri "məsuliyyətsizlik" və ya "axmaqlıq" adlandırmayın. Bu, gördüyüm ən axmaq hərəkətdi".

Avstraliyalı tennisçi özünəməxsus hərəkətləri ilə tennis dünyasında tanınır.