Boatenq Premyer Liqaya keçir

Boatenq Premyer Liqaya keçir

Mövsümün sonunda Bayern Münich-lə müqaviləsi sona çatacaq Jerom Boatenqin yeni klubu müəyyənləşib.

Assist.az xəbər verir ki, Almaniya millisinin keçmiş üzvü Chelsea ilə razılığa gəlib. O, yeni mövsümdən London klubunda çıxış edəcək.

Münhen təmsilçisi Qana əsilli futbolçunu 2011-ci ildə Manchester City-dən 13 milyon avroya transfer edib. 32 yaşlı futbolçu bu mövsüm keçirdiyi 23 oyunda 2 qol vurub, 1 məhsuldar ötürmə edib.