"Beşiktaş"dan böyükhesablı qələbə

"Beşiktaş"dan böyükhesablı qələbə

Türkiyə Superliqasında 27-ci turun son qarşılaşması "Rizespor"la "Beşiktaş" arasında baş tutub. Səfərdə oynayan İstanbul təmsilçisi rəqibi darmadağın edib. "Beşiktaş"ın 7 qoluna "Rizespor" 2 qolla cavab verə bilib. 

"Beşiktaş"ın heyətində Adem Ljajic 2 qol və 3 assistlə matça damğasını vurub.

Bu qələbədən sonra xalını 50-yə çatdıran "Beşiktaş" əvvəlki kimi 3-cü pillədə qərarlaşıb.