Berluskoni xəstəxanaya yerləşdirildi

Berluskoni xəstəxanaya yerləşdirildi

Koronavirusa yoluxan İtaliyanın keçmiş baş naziri və Milan-ın sabiq prezidenti Silvio Berluskoni xəstəxanaya aparılıb.

Assist.az xəbər verir ki, 83 yaşlı siyasətçi həkimlərin məsləhəti ilə xəstəxanaya yerləşdirilib. Hazırda onun durumu normal qiymətləndirilir.

Qeyd edək ki, Silvio Berluskoni 1986 - 2017-ci illərdə Milan-ın sahibi olub.