Belarus atleti dünya rekorduna imza atıb

Belarus atleti dünya rekorduna imza atıb

On altı yaşlı yüngül atlet Matvey Volkov gənclər arasında şüvüllə tullanma üzrə dünya rekorduna imza atıb.

Assist.az xəbər verir ki, o, Polşanın Lodze şəhərində keçirilən yarışda 5,6 metr hündürlüyü qət edib. Bu, dünyada 18 yaşdan aşağı atletlər arasında ən yaxşı nəticə sayılır.

Xatırladaq ki, Volkov Rusiyanı tərk edib. O, ötən ilin oktyabrında Belarus vətəndaşlığı alıb.