"Bayern" "Hoffenhaym"ı darmadağın etdi

Almaniya Bundesliqasında 24-cü turun oyunları keçirilib. Assist.az xəbər verir ki, "Bayern" səfərdə "Hoffenhaym"la qarşılaşıb və 6:0 hesablı qələbə qazanıb.

 

Bu qələbədən sonra xallarını 52-ə yüksəldən "Bayerrn" turnir cədvəlinə başçılıq edir. "Leyptsiq"lə Dortmund "Borussiya"sı 48 xalla 2-ci və 3-cü yerləri bölüşürlər.

 

"Hoffenhaym" - "Bayern" - 0:6

Qollar: Serj Qnabri, 2, Coşua Kimmix, 7, Coşua Zirkze, 15, Koutinyo, 33, 47, Leon Qoretska, 62