“Bavariya” “PSJ” ilə oyundan əvvəl Qnabrinin də xidmətindən məhrum oldu

Assist.az xəbər verir ki, Münhen klubu UEFA Çempionlar Liqasının ¼ final mərhələsində Fransanın “PSJ” kollektivinə qarşı keçirəcəyi ilk oyuna optimal heyətlə çıxa bilməyəcək. Almaniya təmsilçisinin yarımmüdafiəçisi Serj Qnabri vacib görüşü buraxmalı olacaq. Bu haqda məlumatı klubun rəsmi saytı yayıb. Xəbərdə Qnabrinin koronavirusa yoluxduğu bildirilib. Karantinə alınan 26 yaşlı futbolçunun vəziyyətinin qənaətbəxş olduğu və özünü yaxşı hiss etdiyi qeyd olunub. Xatırladaq ki, “Bavariya” bundan əvvəl zədə səbəbindən hücumçusu Robert Levondovski ilə Malik Tilmanın, yarımmüdafiəçisi Duqlas Kostanın, Xavi Martinezin və Koranten Tolissonun xidmətindən məhrum olub. “Bavariya” – “PSJ” matçı aprelin 7-də keçiriləcək.