Başakşehir-də ayrılıq

Başakşehir-də ayrılıq

Başakşehir klubu futbolçusu Junior Fernandeslə yollarını ayırıb.

Assist.az xəbər verir ki, çilili hücumçunun müddəti bitən müqaviləsi yenilənməyib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Fernandes bu ilin yanvarından Başakşehir-də çıxış edirdi. 33 yaşlı futbolçu Super Liqada 11 oyuna 2 qol vurub.