"Başakşəhər" 3 xalı 3 qolla qazandı

Türkiyə Super Liqasında 24-cü turun oyunları keçirilib. Assist.az xəbər verir ki, "Başakşəhər" evdə "Qaziantep"i qəbul edib və 3:1 hesablı qələbə qazanıb.

 

Super Liqada turnir cədvəlinə 49 xalla "Başakşəhər" başçılıq edir. 1 oyunu ehtiyatda olan "Trabzonspor" 48 xalla 2-cidir. Eyni xala malik olan "Qalatasaray"la "Sivasspor" 2-3-cü yerlərdə qərarlaşıb.

 

"Başakşəhər" - "Qaziantepspor" - 3:1

Qollar: Qael Klişi, 51, İrfan Kahveci, 63, Demba Ba, 76 - Kenan Özer, 72