"Bartomeunun başçılıq etdiyi rəhbərlik sadəcə faciədir" - Messi

"Bartomeunun başçılıq etdiyi rəhbərlik sadəcə faciədir" - Messi

Barcelona-nın kapitanı Lionel Messi Kataloniya klubundan ayrılmaq qərarını dəyişib.

Assist.az xəbər verir ki, bu barədə ulduz hücumçu goal.com-a müsahibəsində deyib. O bildirib ki, növbəti mövsüm də La Liqa təmsilçisində çıxış edəcək: "Narazı idim, getmək istəyirdim. Amma bunu etməyimə icazə vermədilər. Məhkəmə işləri ilə məşğul olmamaq üçün burada qalıram. Bartomeunun başçılıq etdiyi rəhbərlik sadəcə faciədir.

Barcelona-da oynamağa davam edəcəyəm. Getmək istəsəm də, meydandakı münasibətim dəyişməyəcək. Bu klub üçün əlimdən gələni edəcəyəm.

Mən həmişə qazanmaq istəyən biriyəm. Mən rəqabət aparmağı sevirəm və məğlubiyyəti sevmirəm. Klub və özüm üçün ən yaxşısını istəyirəm.

Çempionlar Liqasını qazanmaq üçün lazımi dəstəyi almadığımızı söyləmişdim. Əslində indi nə olacağını bilmirəm. Yeni məşqçimiz və yeni fikirlərimiz var. Bu, yaxşı bir şeydir, amma komandanın buna necə reaksiya verəcəyini və hansı yerə gələcəyimizi görəcəyik".