Bartomeu korrupsiyada ittiham olunur

Bartomeu korrupsiyada ittiham olunur

Barcelona-nın prezidenti Xosep Bartomeu korrupsiyada ittiham olunur.

Assist.az xəbər verir ki, Kataloniya təmsilçisinin rəhbərinin aparılan əməliyyatlardan şəxsi mənfəət götürdüyü iddia edilir.

Bartomeunun rəqiblərinə və futbolçular Lionel Messi ilə Jerar Pikeyə qarşı kiberhücumlar təşkil etdiyi deyilir. Daha əvvəl İspaniya mediası həmin kiberhücumları klubun sifariş etdiyini yazmışdı.

Klup prezidenti prokurorluğun bu məsələ ilə bağlı iddialarını rədd edib. Xosep Bartomeu 2014-cü ildən Barcelona-nın prezidentidir.