"Barselona"ya 500 milyon avroluq kredit

"Barselona"ya 500 milyon avroluq kredit

"Barselona" maliyyə problemləri səbəi ilə kredit götürüb.

Assist.az ispaniya mətbuatına istinadən xəbər verir ki, kataloniya klubu pandemiya ilə bağlı yığılan borcları bağlamaq üçün ABŞ-ın maliyyə grupu "Qoldman Saçs"dan 500 milyon avroluq kredit götürüb. Klub prezidenti Xuan Laporta bu barədə açıqlama verib:

"Götürdüyümüz kredit sayəsində gələn mövsüm azarkeşsiz oynasaq belə çətinlik çəkməyəcəyik. Özümüzü ən pis ehtimala hazırlayırıq və klubun zərər görməməsi üçün əlimizdən gələni edirik".

Xatırladaq ki, kataloniya təmsilçisi La Liqada 37 oyunda qazandığı 76 xalla 3-cü pillədə qərarlaşıb.