"Barselona" "Palmeras"dan futbolçu aldı

"Barselona" "Palmeras"dan futbolçu aldı

Barselona" heyətini yeni futbolçu ilə gücləndirib. Assist.az klubun saytına istinadən xəbər verir ki, katalonlar "Palmeyras"ın yarımmüdafiəçisi Mateus Fernandesi transfer edib. 21 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.

 

"Barselona" bu keçid üçün 7 milyon avro təzminat ödəyib. Daha 3 milyon avro isə bonuslar şəklində Braziliya klubuna veriləcək.

 

İspaniya nəhəngi braziliyalı futbolçuya 300 milyon avroluq sərbəst qalma qiyməti qoyub.

 

"Palmeyras" Mateusu ötən il "Botafoqo"dan 4 milyon avroya transfer etmişdi.