“Barcelona-ya keçəndə heç təəccüblənmədim"

“Barcelona-ya keçəndə heç təəccüblənmədim"

Barcelona-nın hücumçusu Martin Breytveyt açıqlama verib.

Assist.az xəbər verir ki, danimarkalı özünə arxayın olduğunu deyib:

“Çoxlu hədəflərim var. Uğur qazanacağımı bilirəm. Özümə inanıram və daha çox çalışmağa davam edəcəm.

Barcelona-ya keçəndə heç təəccüblənmədim. Mən özümə arxayınam, gördüyüm işlərin fayda verdiyini bilirəm”.

2020-ci ilin fevralında Leganes-dən Barcelona-ya keçən Breytveyt, bu mövsüm La Liqada 18 oyunda 2 qol vurub.