Barcelona ulduz futbolçularını satır

Barcelona ulduz futbolçularını satır

Barcelona-nın rəhbərliyi yayda böyük dəyişikliklər həyata keçirə bilər.

Assist.az xəbər verir ki, klubun iki ulduzunun - braziliyalı Filipe Koutinyo və fransız Antuan Qrizmannın gələcəyi təhlükə altındadır.

Hər iki futbolçu klubdakı mövqeyindən razıdır. Ancaq rəhbərlik klubu gücləndirmək barədə qərar verərsə, adları qeyd olunan oyunçular transferlərə əlavə vəsait əldə etmək üçün satıla bilər.