Barcelona-nın ulduz futbolçusu sağaldı

Barcelona-nın ulduz futbolçusu sağaldı

Barcelona-nın zədəli futbolçusu Filippe Koutinyo sıraya dönüb.

Assist.az xəbər verir ki, bu barədə Kataloniya klubunun rəsmi saytı məlumat yayıb.

Xəbərdə zədəsini sağaldan braziliyalı futbolçunun artıq kollektivlə məşqlərdə iştirak etdiyi qeyd olunub. Bu isə Koutinyonun La Liqanın 10-cu turu çərçivəsində baş tutacaq Atletico ilə oyunda meydana çıxmağa hazır olması anlamına gəlir.

Xatırladaq ki, Koutinyo oktyabrın 24-də baş tutan Madrid Real-ı ilə oyunda zədələnmişdi.