Barcelona - Napoli oyununun yeri dəyişdirilə bilər

Barcelona - Napoli oyununun yeri dəyişdirilə bilər

"Barcelona" ilə "Napoli" arasında keçiriləcək Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunu fərqli məkanda baş tuta bilər.

Assist.az Goal.az-a istinadən xəbər verir ki xəbər verir ki, buna İspaniyada koronavirusun yenidən yayılmağa başlaması olub.

UEFA matçın neytral stadionda keçirilməsinin tərəfdarıdır. Oyuna bir neçə gün qalmış qarşılaşmanın məkanı ilə bağlı qərar veriləcək.

Oyunun avqustun 8-i "Kamp Nou"da keçirilməsi planlaşdırılır. Cütün Neapoldakı ilk görüşü 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.