Barcelona futbolçusunu satışa çıxarıb

Barcelona futbolçusunu satışa çıxarıb

Barcelona müdafiəçisi Xunior Firponu yanvarda satmaq istəyir.

Assist.az xəbər verir ki, informasiyanı Sport.es yayıb.

Klub Firponu satacağı halda, gənclərdən ibarət komandanın 17 yaşlı müdafiəçisi Alexandro Baldeni əsas komandaya götürəcək. Kataloniya təmsilçisinin baş məşqçisi Ronald Kuman böyük istedada malik Baldenin start heyət uğrunda inamla mübarizə aparacağına inanır.

Qeyd edək ki, Firpo bu mövsüm Barcelona forması ilə oyuna çıxmayıb. Onun İnter və Atalanta kimi klublardan birinə keçmək ehtimalı yüksəkdir.