Barcelona-da prezident seçkilərinin vaxtı açıqlandı

Barcelona-da prezident seçkilərinin vaxtı açıqlandı

Barcelona-da prezident seçkiləri 2021-ci ilin 20-21 mart tarixlərində keçiriləcək.

Assist.az  xəbər verir ki, seçkilər müxtəlif yerlərdə baş tutacaq. Həmçinin poçt vasitəsilə də səsvermə mümkün olacaq.

Seçkilərin bu cür təşkili koronavirus pandemiyasının səbəb olduğu mövcud vəziyyətlə bağlıdır.

Qeyd edək ki, Barcelona-nın hazırkı prezidenti Jozep Bartomeu bu dəfə namizədliyini irəli sürməyəcək. Çünki o, ardıcıl 2 dəfə bu vəzifəyə seçilib.