Balotelli Türkiyə nəhənginin hədəfində

Balotelli Türkiyə nəhənginin hədəfində

Brescia-da çıxış edən Mario Balotelli mövsüm sonunda komandanı tərk edəcək.

Assist.az xəbər verir ki, təcrübəli futbolçu karyerasını Türkiyədə davam etdirə bilər.

Məlumata görə, Balotellinin agenti Mino Raiola bir neçə klubla danışıq aparır. 29 yaşlı hücumçu ilə Galatasaray və Vasko Da Gama-nın yaxından maraqlandığı bildirilir. Əgər Baloteli Avropada oynamağa üstünlük versə, karyerasını Türkiyədə davam edəcək.

Qeyd edək ki, italiyalı forvardın Brescia ilə müqaviləsi 2022-ci ilə qədərdir.