Azərbaycan Premyer liqasında qol rekordu

Azərbaycan Premyer liqasında qol rekordu

Azərbaycan Premyer Liqasında mövsümün rekordu qeydə alınıb. Assist.az xəbər verir ki, IX turda 14 qol vurulub ki, bu da cari mövsüm üçün ən yüksək göstəricidir. Toplardan 6-sı “Sumqayıt” – “Neftçi” (2:4), 4-ü “Sabah” – “Zirə” (2:2), 3-ü “Keşlə” – “Qəbələ” (2:1), 1-I “Qarabağ” – “Səbail” oyununda qeydə alınıb.

Sonuncu dəfə ən azı 14 qolun vurulduğu tur ötən mövsümün sonunda yaşanıb. XXVIII turda indiki kimi 14 qol qeydə alınıb.