Azərbaycan kubokunda 12 komanda mübarizə aparacaq

Azərbaycan kubokunda 12 komanda mübarizə aparacaq
Azərbaycan Kubokunda 2019/2020-ci illər mövsümünün iştirakçı komandaları müəyyənləşib. Assist.az xəbər verir ki, yarışda Premyer Liqanın 8 komandası ilə yanaşı, I Divizion təmsilçiləri olan “Zaqatala”, “Kəpəz”, “Ağsu” və “Qaradağ Lökbatan” mübarizə aparacaq.

 Püşkatma mərasimi noyabrın 13-ü AFFA-nın inzibati binasında keçiriləcək. Tədbir saat 15:00-da başlayacaq.