Azərbaycanı təmsil edən iki cüdoçu Avropa çempionatı ilə erkən vidalaşdı

Azərbaycanı təmsil edən iki cüdoçu Avropa çempionatı ilə erkən vidalaşdı

Azərbaycanın daha 2 cüdoçusu Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avropa çempionatında mübarizəyə qoşulub.

“Assist.az” xəbər verir ki, yarışın ikinci günündə 81 kq çəki dərəcəsində yarışan Hidayət Heydərov və Murad Fətiyev qüvvəsini sınayıb.

1/16 finalda almaniyalı Niklas Blöxlu üstələyən Heydərov növbəti mərhələdə Belçika təmsilçisi Matias Kasseyə qızıl xal bölümündə məğlub olaraq turnirlə vidalaşıb.

Fətiyev də mübarizəyə 1/16 finaldan başlayıb. İlk görüşdə Türkiyə təmsilçisi Vedat Albayraka ipponla məğlub olan cüdoçu çıxışlarını erkən başa vurub.

Avropa çempionatı aprelin 18-də başa çatacaq. Azərbaycanı yarışda 9 cüdoçu təmsil edir. İlk gündə 60 kq çəkili Kəramət Hüseynov  bürünc medala sahib olub.