Azərbaycan yığmaları Olimpiadanı medalsız başa vurdu

Azərbaycan yığmaları Olimpiadanı medalsız başa vurdu

Hindistanın Çennay şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadası başa çatıb.

Assist.az xəbər verir ki, Azərbaycan yığmaları da bu gün sonuncu görüşlərini keçiriblər.

Kişilərdən ibarət yığma 11-ci turda Serbiya ilə qarşılaşıb və qələbə qazanıb. Beləliklə, milli yarışı 16 xalla 7-ci sırada bitirib. Özbəkistan isə Olimpiadanın qalibi olub.

Qadınlar isə Gürcüstanın müvafiq kollektivi ilə üz-üzə gəlib və məğlubiyyətlə üzləşiblər. Bu nəticədən sonra Azərbaycan 16 xalla yarışı 8-ci sırada başa vurub. Ukrayna 18 xalla çempion olub. Eyni xal toplamış Gürcüstan 2-ci, 17 xal qazanmış ABŞ 3-cü yeri tutub.