Avropa Liqasında həftənin ən yaxşısı seçildi

Avropa Liqasında həftənin ən yaxşısı seçildi

Avropa Liqasında bu həftənin ən yaxşı oyunçusu müəyyənləşib.

Assist.az xəbər verir ki, bu, "Sevilla"nın futbolçusu Lyuk De Yonqdur. O, "İnter"lə final matçında 2 qol vurub. Niderlandlı hücumçu səsvermədə komanda yoldaşları Ever Baneqa, Xesus Navas və Jül Kundeni qabaqlayıb.

Qeyd edək ki, "Sevilla" finalda "İnter"ə 3:2 hesabı ilə qalib gələrək tarixində 6-cı dəfə Avroliqanın qalibi olub.