"Atletiko" xal itkisi ilə üzləşdi

İspaniya La Liqasında 26-cı turun görüşləri davam edir. Assist.az xəbər verir ki, "Atletiko Madrid" səfərdə "Espanyol"lun qonağı olub. Oyun 1:1 hesablı bərabərliklə yekunlaşıb.

 

La Liqada turnir cədvəlinə 55 xalla "Barselona" başçılıq edir. "Atletiko" 44 xalla 5-ci, "Espanyol" 20 xalla sonuncu - 20-cidir.

 

"Espanyol" - "Atletiko" - 1:1

Qollar: Stefan Saviç, 24 (avtoqol) - Saul Niqes, 46