"Atletiko" "Betis"lə bacarmadı

"Atletiko" "Betis"lə bacarmadı

İspaniya La Liqasının 30-cu turunda "Betis" “Atletiko” (Madrid) ilə qarşılaşıb.

“Assist.az” xəbər verir ki, matç Sevilyada "Benito Vilyamarin" stadionunda təşkil olunub və 1:1 hesabı ilə yekunlaşıb.

Qarşılaşmada sükut 5-ci dəqiqədə pozulub. “Atletiko”nun yarımmüdafiəçisi Yannik Karrasko Anhel Korreanın ötürməsini qola çevirib. Qarşılaşmanın  20-ci dəqiqəsində “Betis”in müdafiəçisi Kristian Telyo tarazlığı bərpa edib.  67 xala sahib "Atletiko" yarış cədvəlinin lideridir . "Betis" 47 xalla altıncı yerdədir.