Atletico-nun futbolçusu millidə zədələndi

Atletico-nun futbolçusu millidə zədələndi

Meskika yığmasının və Atletico Madrid-in yarımmüdafiəçisi Hektor Herrera zədələnib.

Assist.az xəbər verir ki, 30 yaşlı futbolçu millinin düşərgəsində sıradan çıxıb.

Müayinə nəticəsində futbolçunun bud nahiyəsindəki zədə səbəbindən azı 2-3 həftə yaşıl meydanlardan kənarda qalacağı müəyyənləşib.

Herreranın noyabrın 21-də Barcelona ilə La Liqa, ayın 25-də isə Lokomotiv-lə UEFA Çempionlar Liqası matçını buraxacağı dəqiqdir.