"Atalanta" "Leççe" oyununda 9 qol

İtaliya A Seriyasında 26-cı turun oyunları dacam edir. Assist.az xəbər verir ki, "Atalanta" səfərdə "Leççe"ni 7:2 hesabı ilə darmadağın edib.

 

Çempionatda turnir cədvəlinə 62 xalla "Latsio" başçılıq edir. Ehtiyatda 1 oyunu olan "Yuventus" 60 xalla 2-cidir. "Atalanta" 48 xalla 4-cü, "Leççe" 25 xalla 16-cı sırada qərarlaşıb.

 

"Leççe" - "Atalanta" - 2:7

Qollar: Rikkardo Saponara, 29, Donati, 39 - Donati, 17 (avtoqol), Duvan Sapata, 22, 54, 62, İliçiç, 47, Muriel, 87, Malinovski, 90+1